...

Radikal müxalifət və Gürcüstan prezidenti ölkədəki vəziyyətlə bağlı ümumi rəyə gələ bilmədilər

Siyasət Materials 11 May 2009 18:03 (UTC +04:00)
Radikal müxalifət və Gürcüstan prezidenti ölkədəki vəziyyətlə bağlı ümumi rəyə gələ bilmədilər

Gürcüstan, Tbilisi, 11 may / Trend , müxbir, N. Kirtsxaliya/ Gürcüstan prezidenti və radikal müxalifətin ölkədə baş verən bir sıra məsələlərlə bağlı fərqli baxışları olduğundan razılıq əldə etmək mümkün olmadı. Bu barədə prezident Saakaşvili ilə görüşdən sonra müxalifət liderlərindən olan Levan Qaçeçiladze deyib. "O elə bilir ki, ölkədə hər şey yaxşıdır və biz bunu pis qələmə veririk", - Qaçeçiladze görüşdə iştirak edən müxalifət nümayəndələri adından bildirib.

Qaçeçiladze qeyd edib ki, bu gün saat 18:00-da müxalifət tərəfdarlarının mitinqində ciddi tədbirlər barədə bəyanat veriləcək. Qaçeçiladze nəyi nəzərdə tutuduğunu açıqlamayıb. Müxalif düşərgədən olan və prezident Saakaşvili ilə danqışıqlarda iştirak edən Kaxa Şartava bildirib ki, müxalifət Gürcüstandakı vəziyyətlə bağlı mövqeini təqdim etsə də Saakaşvili razılaşmadı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti