...

Bişkəkin ABŞ ordusunun təyyarə bazasından çıxarılması barədə qərarına yenidən baxılmayacaq - Qırğızıstan XİN rəhbəri

Siyasət Materials 11 İyun 2009 15:35 (UTC +04:00)
Bişkəkin ABŞ ordusunun təyyarə bazasından çıxarılması barədə qərarına yenidən baxılmayacaq - Qırğızıstan XİN rəhbəri

Bişkəkin ABŞ hərbi hava qüvvələrinin "Manas" təyyarə bazasından çıxarılması barədə qərarı qəbul edillib və buna yenidən baxılmayacaq. Bu barədə ABŞ-ın yüksək rütbəli məmurunun respublikaya səfəri planına şərh verən Qırğızıstanın xarici işlər naziri Kadirbek Sarbayev  bildirib. RİA Novosti yazır.

Bu ilin yaz aylarında Qırğızıstan Parlamenti ABŞ və antiterror koalisiyasının 11 ölkəsi ilə onların hərbi kontingentlərinin yerləşdirilməsi barədə müqaviləni ləğv edib. Təyyarə bazasının bağlanması üçün 6 aylıq müddət verilib. Parlamentin qərarına əsasən "Manas"dakı təyyarə bazasındakı  sonuncu xarici hərbçilər avqustun 18-dək ölkəni tərk etməlidir.

"Qərar artıq qəbul edilib", -deyə Sarbayev cümə axşamı Qırğızıstanın "24.kg" informasiya agentlliyinə verdiyi müsahibəsində bildirib.

Qırğızıstanda təyyarə bazası 2001-ci ilin dekabrında hərbi əməliyyatların həyata keçirilməsi və ABŞ-ın Əfqanistanda "Sarsılmaz azadlıq" antiterror əməliyyatları çərçivəsində humanitar yardımın göstərilməsi istiqamətində BMT-nin mandatı üzrə açılıb.

Xəbər lenti

Xəbər lenti