Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir C.Babayeva /
"ABŞ və Rusiyanın Dağlıq Qarabağ münaqişəsində irəliləyişə nail olmaq üçün yaxşı imkanları var", - Azərbaycan XİN hesab edir.
"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ və Rusiyanın gündəmindədir. Ona görə də istisna olunmur ki, ABŞ və Rusiya prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə oluna bilər", - bazar ertəsi jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Barak Obama 4-6 iyul tarixlərində Rusiyaya ilk rəsmi səfərinə gələcək.
"Beşlik" formatında (ATƏT həmsədrləri, Azərbaycan və Ermənistan prezidentləri) görüşə gəlincə Əzimov bildirib ki, bu format ehtimal kimi müzakirə edilir. "Belə görüş haqda təşəbbüs irəli sürülüb. "Beşlik" formatında görüş, ehtiyac olduğu zaman keçirilə bilər. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra, onların verdiyi qərardan asılı olacaq", - nazir müavini deyib.
Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində yeni təşəbbüslərin irəli sürülməsi üçün ikitərəfli görüşlər nəticə verməlidir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.