...

Tbilisi məhkəməsi sabiq spiker Nino Burcanadzenin iddiasını qəbul etməyib

Siyasət Materials 18 Avqust 2009 18:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 avqust / Trend , müxbir N.Kirsxaliya /

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Parlamentinin sabiq spikeri, "Demokratik hərəkat - Vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadzenin iddiasını qəbul etməyib. Burcanadze Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidmətinə qarşı ittiham irəli sürmüşdü.

Gəlirlər xidməti Burcanadzenin Sxneti (Tbilisinin yaxınlığındakı kurort qəsəbəsi) bağ evindən 1 453 200 lari həcmində gəlir vergisinin ödənilməsini tələb edir. Ekspertlərin rəyinə görə, Gürcüstan Prezidentinin sərəncamına əsasən, Burcanadzeyə simvolik 1 lari qiymətinə satılmış bağ evi 12 milyon lariyə qiymətləndirilir. Ancaq sabiq spikerin vəkilləri bildirirlər ki, vergi 3 milyon lari dəyərindən çıxış edərək hesablanmalıdır.

Nino Burcanadze ekspertlərin rəyinə əvvəlcə Maliyyə Nazirliyində, sonra isə məhkəmədə etiraz edib.

Burcanadzenin vəkili Qoça Svanidze jurnalistlərə bildirib ki, məhkəmənin qərarının əsaslanmasını gözləyəcək, daha sonra isə bu qərara Apellyasiya Məhkəməsində etiraz edib-etməyəcəklərinə dair qərar verəcəklər. "Əsaslılıq sahəsindən biz suallarımıza cavab almalıyıq, amma düşünmürəm ki, bu əsaslılıq sarsılmaz deyil. Bütün şərhləri yaxınlarda məhkəmədən alacağımız rəsmi qərardan sonra verəcəyik", - o qeyd edib.

Məhkəmə qərarına etiraz etmək üçün verilən vaxt 14 gündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti