...

Prezident İlham Əliyev Azərbaycan və Sloveniya arasında imzalanmış sənədlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 12 Fevral 2010 00:31 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında 2009-cu il noyabrın 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında sərəncam imzalamışdır, AzərTAc dövlət agentliyi məlumatı yayıb.
Prezident İlham Əliyev Azərbaycan və Sloveniya arasında imzalanmış sənədlər haqqında sərəncam imzalayıb

Trend-i buradan izləyin

Prezident İlham Əliyev Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında 2009-cu il noyabrın 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında sərəncam imzalamışdır, AzərTAc dövlət agentliyi məlumatı yayıb.

Sənədlərə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Sloveniya Respublikasının Minatəmizləmə və Minadan Zərərçəkənlərə Yardım üzrə Beynəlxalq Etimad Fondu arasında əməkdaşlıq haqqında Memorandum daxildir.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, bu Sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Sloveniya Respublikası tərəfini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti