...

Piter Semnebi və Qriqol Vaşadze Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin inkişaf tempindən razıdır

Siyasət Materials 13 May 2010 14:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 may /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə səfərdə olan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşüb.

Görüşdə tərəflər Gürcüstan və Avropa İttifaqı əməkdaşlığının prioritet istiqamətlərini müzakirə ediblər. Bu barədə Trend-ə Gürcüstan XİN-dən məlumat verilib.

"Ölkələr arasında münasibətlərin inkişaf etməsi templəri müsbət qiymətləndirilib", - xarici siyasət idarəsindən bildirilib.

Eləcə də Rusiya və işğal olunmuş ərazilərlə bağlı məsələlər müzakirə olunub, Aİ-nin müşahidə missiyasının fəaliyyətinin və Cenevrə danışıqlarının böyük əhəmiyyəti qeyd olunub.

Görüşdə hər iki tərəf mayın 30-na təyin edilən seçkilərin demokratik və ədalətli keçirilməsinin zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti