Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış "Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc dövlət informasiya agentliyi yayıb.
Sərəncama görə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə Memorandumun həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyinə Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rumıniya və Gürcüstan tərəflərini xəbərdar etməsi tapşırılıb.