...

Gürcüstan Rusiyaya mövqelərini müəyyənləşdirməyi tövsiyə edir

Siyasət Materials 9 İyul 2010 18:02 (UTC +04:00)
Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili Rusiyaya Gürcüstanla diplomatik münasibətlərin bərpasını istəyib-istəmədiyini müəyyən etməyi məsləhət görür.
Gürcüstan Rusiyaya mövqelərini müəyyənləşdirməyi tövsiyə edir

Gürcüstan, Tbilisi, 9 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili Rusiyaya Gürcüstanla diplomatik münasibətlərin bərpasını istəyib-istəmədiyini müəyyən etməyi məsləhət görür.

"Rusiya bu məsələ ilə bağlı müxtəlif  bəyanatlar verir - gah Gürcüstanla diplomatik münasibətləri bərpa etmək istrəyir, gah da istəmir", - Yakobaşvili jurnalistlərə deyib.

"Rusiya hökuməti gah deyir ki, ölkəmiz onun xoşuna gəlir, gah da bəyan edir ki, xoşuna gəlmir. Rusiyaya mövqeyini müəyyənləşdirməyi tövsiyə edirəm. Onlar bizim əlaqə nömrələrimizi bilirlər, qoy əlaqə saxlasınlar", - Yakobaşvili deyib.

O, qeyd edib ki, Gürcüstan Rusiya ilə diplomatik münasibətləri onun torpaqlarını işğal etdiyinə görə kəsib.

Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Gürcüstanla münasibətlərini bərpa etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti