...

Azərbaycanda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyi talan edilib

Siyasət Materials 22 Sentyabr 2010 15:01 (UTC +04:00)
Azərbaycanın Lənkəran rayonunda bu gün səhər saatlarında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyi talan edilib.
Azərbaycanda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyi talan edilib

Azərbaycan, Lənkəran, 22 sentyabr /Trend, müxbir P.Əliyeva/

Azərbaycanın Lənkəran rayonunda bu gün səhər saatlarında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyi talan edilib. Bu barədə çərşənbə günü Trend-ə Lənkəran Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Polad Mehdiyev məlumat verib.

Mehdiyev bildirib ki, muzeydən oğurlanan əşyalar arasında nadir, qiymətli eksponat sayılan Həzi Aslanova məxsus saat da olub.

Yaradılan əməliyyat qrupu ev-muzeyində oğurluq edən şəxsi saxlamağa müvəffəq olub. Oğurluq edən şəxs şəhərin Səməd Vurğun küçəsi - 29 saylı ünvanında yaşayan, 1968-ci il təvəllüdlü Elçin Rəhimov olub. Təqsirləndirilən şəxsin həm də narkotik aludəçisi olduğu bildirilir.

Hadisə yerindən qiymətli əşyaların bir qismi sınmış, dağılmış vəziyyətdə tapılıb.

Faktla bağlı cinayət işi açılıb.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti