...

Azərbaycanın Gəncə şəhərində Parlament seçkilərini müşahidə edəcək şəxslər üçün treninq keçirilib

Siyasət Materials 26 Oktyabr 2010 13:29 (UTC +04:00)
"Parlament 2010" seçki monitorinqi koalisiyası tərəfindən Gəncədə müşahidəçilər üçün təlim keçirilib.
Azərbaycanın Gəncə şəhərində Parlament seçkilərini müşahidə edəcək şəxslər üçün treninq keçirilib

Azərbaycan, Gəncə, 26 oktyabr /Trend, müxbir V.Məmmədov/

"Parlament 2010" seçki monitorinqi koalisiyası tərəfindən Gəncədə müşahidəçilər üçün təlim keçirilib. Trend-in məlumatına görə, 100 nəfərin iştirak etdiyi təlimdə Gəncə şəhər Nizami və Kəpəz rayonlarında yaradılan 37, 38, 39 və 40-cı seçki dairələrinin müşahidəçiləri qeydiyyatdan keçiblər.

Adıçəkilən koalisiyanın layihə rəhbəri Aydın Kərimov və həmin koalisiyanın təşkilat qrupunun rəhbəri Oqtay Qasımov müşahidəçilərə seçki günü onların hüquq və vəzifələri haqqında geniş bilgilər verib. Təlimdə koalisiya nümayəndələri, həmçinin, iştirakçılara müşahidənin düzgün aparılma prinsipləri, qeydiyyat blanklarının doldurulma qaydalarını da izah ediblər. Müşahidəçilərin hər birinə yaddaş vərəqəsi, qeydiyyat blankı, həmçinin, müşahidənin düzgün aparılma qaydalarını özündə əks etdirən buklet paylanıb.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti