...

Biz harada baş verməsindən asılı olmayaraq, insanları qaçqın salan səbəblərə qarşı sərt mübarizə aparmalıyıq - Azərbaycan deputatı

Siyasət Materials 21 İyun 2011 21:20 (UTC +04:00)
Biz harada baş verməsindən asılı olmayaraq, insanları qaçqın salan səbəblərə qarşı sərt mübarizə aparmalıyıq. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Kristofer Çop (Christopher Chope) tərəfindən hazırlanan "Sığınacaq istəyən şəxslər və qaçqınlar: Avropada məsuliyyətlərin bölünməsinə dair" hesabat ətrafında çıxışı zamanı deyib.
Biz harada baş verməsindən asılı olmayaraq, insanları qaçqın salan səbəblərə qarşı sərt mübarizə aparmalıyıq - Azərbaycan deputatı

Trend-i buradan izləyin

Fransa, Strasburq, 21 iyun /Trend, müxbir A.Məhərrəmli/

Biz harada baş verməsindən asılı olmayaraq, insanları qaçqın salan səbəblərə qarşı sərt mübarizə aparmalıyıq. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Kristofer Çop (Christopher Chope) tərəfindən hazırlanan "Sığınacaq istəyən şəxslər və qaçqınlar: Avropada məsuliyyətlərin bölünməsinə dair" hesabat ətrafında çıxışı zamanı deyib.

"Liviyada və Suriyada baş verən hadisələr üzündən hər gün minlərlə insan qaçqın düşərək, qonşu ölkələrə və Avropaya üz tutaraq özlərinə sığınacaq axtarır və onların sayı getdikcə artır. Liviyadan qaçqın düşən insanların sayı artıq bir milyona yaxınlaşır. Təbii ki, qaçqınların getdikcə artması Liviyaya qonşu ölkələrlə yanaşı, Malta, İtaliya kimi ölkələr, Aralıq dənizinin cənub bölgələri üçün də problemlər yaratmağa başlayıb. Bu gün eyni vəziyyət Suriya ilə də bağlıdır. Minlərlə suriyalı qaçqın bu gün Türkiyəyə qaçaraq özlərinə sığınacaq axtarırlar və təbii ki, onların sayının getdikcə artması Türkiyə üçün də müəyyən problemlər yaratmağa başlayıb. Mən Türkiyə dövlətinə suriyalı qaçqınlara göstərdiyi dəstək və yardımlara görə təşəkkür edirəm. Biz çoxlu sayda qaçqın, sığınacaq axtaranlarla bağlı problemlərlə üzləşmiş ölkələri çox yaxşı anlayırıq. Onları ən yaxşı mənim ölkəm, Avropa Şurası məkanında ən çox - təxminən 1 milyona yaxın qaçqın və məcburi köçkünün yaşadığı, yəni təxminən hər 9 nəfərindən biri qaçqın və məcburi köçkün olan Azərbaycan anlayır. Rəsmi Yerevanın etnik təmizləmə siyasəti apararaq, Ermənistanda yaşayan bütün azərbaycanlıları zorla qovması və bundan sonra Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 1 milyona yaxın azərbaycanlını oradan zorla çıxarması nəticəsində biz 1 milyona yaxın qaçqın və məcburi köçkünü sığınacaqla təmin etmək, hər şeyini itirmiş bu insanların bütün ehtiyaclarını qarşılamaq kimi ağır bir problemlə üz-üzə qalmışıq. Biz harada baş verməsindən asılı olmayaraq, insanları qaçqın salan səbəblərə qarşı sərt mübarizə aparmalıyıq. Ümid edirik ki, siz onların da problemlərinə biganə qalmayacaq və sabah bu Assambleyada çıxış edəcək Ermənistan Prezidentindən 100 minlərlə qaçqının öz evinə dönməsinə imkan verməsini, AŞ PA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini tələb edəcəksiniz", - Paşayeva bildirib.

Millət vəkili habelə minlərlə qaçqına, sığınacaq axtaran şəxslərə sığınacaq vermək, onların ehtiyaclarını qarşılamağın o qədər də asan olmadığını deyib.

"Minlərlə qaçqına, sığınacaq axtaran şəxslərə sığınacaq vermək, onların ehtiyaclarını qarşılamaq o qədər də asan deyil. Cənab Çoupun hazırladığı qətnamə layihəsində vurğulanan tövsiyələri yerinə yetirməklə yanaşı, biz - üzv ölkələr olaraq daha çox qaçqın qəbul edən ölkələrə hərtərəfli dəstək göstərməliyik. Biz qaçqın düşmək məcburiyyətində qalmış insanların əziyyətlərinə həssaslıqla yanaşmalı, onlara kömək etməliyik. Amma biz unutmamalıyıq ki, Şimali Afrikada, Liviyada, Yaxın Şərqdə, Suriyada baş verən hadisələr davam etdikcə oradan qaçqın düşən insanların sayı da sürətlə artacaq. Ona görə də Avropa Şurası və üzv ölkələr bu bölgələrin tez bir zamanda sabitliyə qovuşması üçün səylərini daha da gücləndirməlidirlər. Bu, qaçqınların axınının qarşısını almaq üçün ən önəmli yoldur. Mən təkrarən öz ölkəmi misal çəkmək istəyirəm. Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməməsi, AŞ PA-nın və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması nəticəsində 1 milyona yaxın azərbaycanlı 15 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşamaqda davam edir. Onların simasında mən uzun müddət qaçqın həyatı yaşamağın nə qədər böyük əziyyət olduğunu bilirəm. Ona görə də biz onların problemlərinin həllinə çalışmaqla yanaşı, qaçqın düşən insanların sayının artmaması üçün Şimali Afrikada və Yaxın Şərqdə vəziyyətin düzəlməsi üçün öz səylərimizi ciddi şəkildə artırmalıyıq. Əks halda, hər gün onların sayı daha da artacaq və biz hamımız dəhşətli insan faciələrinin məsuliyyətini daşımalı olacağıq", - millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti