Azərbaycan, Bakı, 27 iyun /Trend/
Fələstin Prezidenti Mahmud Abbas iyunun 28-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbə məlumat verib.
İkigünlük səfər çərçivəsində rəsmi şəxslərlə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.