...

Bakı qayıtmaq arzusu oyadan şəhərdir - Aleksey Vlasov (FOTO)

Siyasət Materials 1 İyul 2011 16:38 (UTC +04:00)
Heydər Əliyev Fondunun Rusiya jurnalistləri üçün təşkil etdiyi mətbuat turu cari ildə bu qəbildən olan ikinci layihədir. Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bildirib.
Bakı qayıtmaq arzusu oyadan şəhərdir - Aleksey Vlasov (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend , müxbir E.Tariverdiyeva/

Heydər Əliyev Fondunun Rusiya jurnalistləri üçün təşkil etdiyi mətbuat turu cari ildə bu qəbildən olan ikinci layihədir. Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bildirib.

"Mayın 9-da MDU-nun tarix fakültəsinin tələbələri Bakıya gəldilər və Böyük Vətən müharibəsinin azərbaycanlı veteranları qarşısında çıxış etdilər. Hazırkı mətbuat turu bu xəttin davamıdır və bəlkə də Azərbaycanda 10-15 il bundan əvvəl olmuş və ya Bakının hazırkı reallıqları ilə tanışlıq imkanına malik olmamış rusiyalı jurnalistlərin bugünkü Bakı ilə, şəhər sakinləri ilə tanış olmaq imkanıdır", - Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, "Vestnik Kavkaza" analitik informasiya agentliyinin baş redaktoru Aleksey Vlasov Trend-ə bildirib.

Onun sözlərinə görə, mətbuat turunda həm televiziyanı, həm də dövri mətbuatı təmsil edən ona yaxın rusiyalı jurnalist iştirak edir. Görünür ki, onlar üçün bu səfər Azərbaycan dünyasına pəncərədir. Hər şey internetdə və ya televiziyada göründüyündən başqa cürdür, çünki Bakı və bakılılar ayrı bir dünyadır, xüsusi kosmosdur.

"Vaxt keçdikcə hər şey dəyişir, lakin əsası - "bakılılıq" təməli qorunub saxlanılır və ənənlərin bu varisliyi hansısa formatda çox mühüm iz buraxır. Ona görə də Heydər Əliyev Fondunun təşəbbüsünü yalnız dəstəkləmək və alqışlamaq olar", - Vlasov deyib.

Onun sözlərinə görə, dünyaya pəncərə aeroport və oradan şəhərə aparan yoldur. Bu yolların gözəl örtüyü artıq gələnlərdə müsbət təəssürat yaradır, ölkənin karbohidrogenlərdən əldə etdiyi pulların infrastruktur layihələrinə, Bakıya gələnlər üçün maksimum rahat şəraitin yaradılmasına xərcləndiyi görünür və əlbəttə, bu da müəyyən təəssürat yaradır.

"Əlbəttə, Bakının köhnə binaları fantastikadır. Xüsusilə köhnə filmlərdən, məsələn, "Brilyant əl" filmindən Bakı ilə tanış olanlar üçün fantastikadır. Bu gün Bakını həmin kadrlarla müqayisə etdikdə hakimiyyətin Bakıya və onun abidələrinə nə dərəcədə qayğı ilə yanaşdığını anlayırsan", -o deyib.

Vlasovun sözlərinə görə, şəhəri bələdçisiz gəzmək Bakının ruhunu duymağın ən yaxşı üsulu, bu şəhərin sənə bağışladığı hansısa gizli mənaları anlamaqdır.

"Ola bilsin dəbdəbəli səslənir, lakin Bakıya ilk dəfə səfər edən insan özünü məhz belə hiss edir. Sonra sən şəhərə dalırsan, lakin ilk dəfə sənin ona vurulduğunu hiss etmək lazımdır", - o deyib.

Vlasovun sözlərinə görə, Bakının əsas üstünlüyü burada özünü təhlükəsiz hiss etməyindir.

"Yerli əhali çox xeyirxah münasibət göstərir. Burada sənə həmişə gülümsəyirlər, pıçıldayırlar. Və bu, nə gizlədəsən, bəzi MDB ölkələrində hələ də rast gəlinən çirkli və qaranlıq küçələri demək olar olmayan şəhərdən gələn ümumi duyğudur", - Vlasov deyib.

Onun sözlərinə görə, bu işıqlı ağ şəhər özünün gülləri və işıqları ilə xoş hisslər yaradır.

Burada adamların xeyirxahlığı ənənələrə ehtiyatlı münasibətlə birləşib.

"Mən təkcə binaları deyil, Bakının xüsusi ruhunun nişanəsini nəzərdə tuturam. Bu, adamlarda, o cümlədən gənc nəslin nümayəndələrində möhkəm oturub. Mənfilərə gəldikdə, mən tarixi mərkəzdə fəal tikintilərin tərəfdarı deyiləm, lakin mənzil problemini həll etməyə çalışan meriyanın məntiqini anlayıram. Daha çox qonaq qəbul etmək, "Eurovision"-u təşkil etmək lazımdır. Lakin hər halda tarixçi nöqteyi-nəzərindən, bu, mötəbər abidələrlə ayrılma nöqtəsidir, biz Moskvada bundan keçmişik", - Vlasov deyib.

O bildirib ki, bu, çox mürəkkəb və ciddi problemdir.

Vlasov hesab edir ki, ilk təəssürat daima sistematik ünsiyyətlə möhkəmlənməlidir. Onun sözlərinə görə, Bakı bura yenə və yenə qayıtmaq arzusu oyadan şəhərdir.

"Bu bir növ sözün yaxşı mənasında xəstəlikdir və yəqin ki, onu daim gəlməklə anlamaq olar. Mən bu il məzuniyyətimi məhz Bakıda keçirməyi qərar almışam. Bu, məni qəbul edən və mənim üçün təkcə peşə baxımından maraq doğurmayan, həm də çox rahat yer olan şəhərə lazımi dərəcədə verilən qiymətin təsdiqidir", - Vlasov bildirib.

Onun sözlərinə görə, bu gün üçün Bakıdan aldığı ən parlaq təəssürat dəniz kənarıdır.

O hesab edir ki, açıq səma altında muzey nümunəsi olan köhnə şəhər insanda uzaq keçmiş duyğusu oytamır.

"Lakin bulvara çıxarkən anlayırsan ki, yəqin ki, 50-ci, 60-cı illərdə də adamlar öz uşaqları ilə bu dəniz kənarında gəziblər, bu gözəl hava ilə nəfəs alıblar və anlayırsan ki, burada tarixçi üçün ani olaraq keçmişə getmək mümkündür", - Vlasov bildirib.

Xəbər lenti

Xəbər lenti