...

ATƏT sədri kimi Ukrayna Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək - səfir

Siyasət Materials 8 İyul 2011 09:00 (UTC +04:00)
Bu gün Ukrayna və Azərbaycan arasında həm siyasi, həm də digər sahələrdə yaranmış əlaqələr real strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Trend-ə müsahibəsində bildirib.
ATƏT sədri kimi Ukrayna Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək - səfir

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Bu gün Ukrayna və Azərbaycan arasında həm siyasi, həm də digər sahələrdə yaranmış əlaqələr real strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Trend-ə müsahibəsində bildirib.

"Həm ikitərəfli siyasi dialoqun yüksək dinamikası, həm də iqtisadi sahədəki göstəricilər buna sübutdur", - səfir bildirib.

Onun sözlərinə görə, Ukrayna və Azərbaycan arasında Ukrayna və Azərbaycan Prezidentləri Şurası kimi ikitərəfli orqan fəaliyyət göstərir, Şuranın iclasları müntəzəm olaraq keçirilir, gündəliyinə isə Ukrayna-Azərbaycan əməkdaşlığının nisbətən daha aktual məsələləri daxil edilir. Eləcə də Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2010-cu il 27-28 oktyabr tarixində Ukraynaya rəsmi səfəri zamanı Şuranın ikinci iclası, Ukrayna Prezidenti Viktor Yanukoviçin bu il aprelin 28-də Bakıya səfəri zamanı isə üçüncü iclas keçirildi.

Viktor Yanukoviçin Bakıya səfəri zamanı 2011-2015-ci illər üzrə Ukrayna ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın tədbirlər planı da imzalanıb. Həmin plan yaxın 5 il ərzində ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.

Mişenkonun sözlərinə görə, qarşılıqlı ticarət dövriyyəsinin rəqəmləri də nümunəvidir. 2010-cu ilin yekunları üzrə onlar 1,6 milyard dollar təşkil edib və beləliklə, böhranaqədərki səviyyəni ötüb (2008-ci ildə 1,019 milyard dollar).

"Eyni zamanda, bu o demək deyil ki, Ukrayna-Azərbaycan əməkdaşlığının potensialı maksimum səviyyəyə çatıb. Biz onun bütün, o cümlədən siyasi, parlamentlərarası, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki, aerokosmik, humanitar və s. sahələrdə gələcəkdə dərinləşməsi üçün bütün imkanlara malikik. Ukrayna və Azərbaycan səfirliklərinin bütün səyləri indiki vaxtda məhz prezidentlər Yanukoviç və İlham Əliyevin razılaşmalarının maksimum yerinə yetirilməsinə yönəlib", - Mişenko deyib.

Regional siyasət və Dağlıq Qarabağ münaqişəsi

Həm Ukrayna, həm də Azərbaycan tərəfindən reallaşdırılan xarici siyasətin konkret istiqamətlərindən çıxış edərək, hər iki ölkə üçün bir çox regional siyasi məsələlərə münasibətdə oxşar prinsiplər xarakterikdir. Şübhəsiz ki, istənilən regionun dinamik və sabit inkişafı üçün baza şərtləri regional təhlükəsizlik məsələsidir, ona görə də diplomat hesab edir ki, regional münaqişələrin həlli istənilən regionun gələcək inkişafı üçün ilkin əsasdır.

"Bir daha təsdiqləmək istəyirəm ki, Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi dəyişməz qalacaq və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə əsaslanacaq", - səfir deyib.

Onun sözlərinə görə, Ukrayna bu və ya digər oxşar münaqişələrin yalnız sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilən müvafiq qərar və qətnamələr əsasında həllinin vacibliyindən çıxış edir.

"Biz ümid edirik ki, münaqişə tərəflərinin mövqelərindəki fərqə baxmayaraq, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə "Madrid təklifləri" əsasında danışıqlar prosesi regionda uzunmüddətli sülhün bərqərar olması şəklində konkret nəticələr gətirəcək. Öz növbəsində, Ukrayna qarşıdakı 2013-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində Minsk qrupuna kömək etməyə və bu dövrdən mövcud münaqişələrin nizamlanması üçün aktiv istifadə etməyə hazırdır", - Mişenko deyib.

Xəbər lenti

Xəbər lenti