Azərbaycan Prezidenti İlham Əliyev Osloda törədilmiş terror aktları ilə bağlı Norveç Kralı Əlahəzrət V Haralda başsağlığı verib, məlumatı şənbə günü Prezidentin rəsmi saytı yayıb.
"Əlahəzrət, Oslo şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Norveç xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm" İlham Əliyev başsağlığında deyib.
Azərbaycan Prezidenti Osloda törədilmiş terror aktları ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Osloda törədilmiş terror aktları ilə bağlı
