...

Türkiyənin Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 27 İyul 2011 17:02 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iyulun 27-də rəsmi qarşılanma mərasimi olub
Türkiyənin Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 16:32-də yayılıb)

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iyulun 27-də rəsmi qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verdi.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti