...

Monteneqro Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Siyasət Materials 16 Sentyabr 2011 16:58 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Monteneqro Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi düzülüb.

Monteneqro Prezidenti daha sonra Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqro Prezidenti Filip Vuyanoviç "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Monteneqronun və Azərbaycanın dövlət himnləri səslənib.

Sonra Monteneqro Prezidenti Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtını seyr edib. Ali qonağa Bakıda aparılan quruculuq işləri barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti