...

Milli Təhlükəsizlik Nazirliyi cəzaçəkmə müəssisəsindən qaçan məhkumun tutulması faktı ilə bağlı məlumat yayıb

Siyasət Materials 10 Dekabr 2011 13:54 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçan məhkumun tutulması faktı ilə bağlı məlumat yayıb.
Milli Təhlükəsizlik Nazirliyi cəzaçəkmə müəssisəsindən qaçan məhkumun tutulması faktı ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçan məhkumun tutulması faktı ilə bağlı məlumat yayıb.

Trend-in şənbə günü MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən yaydığı məlumata görə, dekabrın 8-də saat 21:00 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindəki (MTCM) məhkumlarla əlaqədar baş vermiş insident və həmin məhkumlardan birinin - Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlunun MTCM-dən qaçması barədə Milli Təhlükəsizlik Nazirliyinə məlumat daxil olub.

Faktla bağlı Nazirliyin müvafiq əməliyyat strukturlarına tapşırıqlar verilib və Faiq Fərəcovun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dekabrın 9-da axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən "Asfar" qapalı futbol kompleksinin ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən Faiq Fərəcov yaxalanıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti