...

Azərbaycanda hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləcək

Siyasət Materials 20 Fevral 2012 12:05 (UTC +04:00)
Azərbaycanda hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləcək.
Azərbaycanda hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Parlamentə daxil olan qanun layihəsində hüquqi şəxslərə tətbiq olunacaq cinayət hüquqi tədbirlərin növləri müəyyən edilib.

Bu tədbirlərə cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, hüquqi şəxsi ləğv etmə, xüsusi müsadirə daxil edilib.

Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur.

Qanun layihəsində hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının əsasları və şərtlərı müəyyən edilib.

Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir.

Layihədə qeyd olunur ki, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.

Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər Cinayət Məcəlləsin 144-1, 144-2, 193-1, 194, 214, 214-1, 271-273, 308, 311, 312, 312-1, 313, 316-1 ve 316-2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir.

Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda cinayət-hüquqi tədbirlər hüquqi şəxsin hüquqi varisinə təyin olunur.

Məhkəmə tərəfındən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır.

Cərimə işin halları və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur.

Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz.

Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların va ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarətdir.

Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - bir ildən iki ilədək, az ağır cinayətlərə görə - iki ildən üç ilədək, ağır cinayətlərə görə - üç ildən dörd ilədək, xüsusilə ağır cinayətlərə görə - dörd ildən beş ilədək müddətə nəzərdə tutulur.

Hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir.

Layihədə qeyd olunur ki, hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cəza tədbiri kimi iki yüz min manat miqdarında cərimə təyin edilir.

Hüquqi şəxsi ləğv etmə siyasi partiyalara və həmkarlar ittifaqına, dövlət (bələdiyyə) müəssisələrinə və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə (bələdiyyəyə) məxsus olan hüquqi şəxslərə tətbiq edilmir.

Layihədə hüquqi şəxsin cinayət-hüquqi tədbirlərin tətbiqindən azad edilməsi halları da müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti