...

Qazaxıstanda yeni xarici işlər naziri təyin edilib

Siyasət Materials 28 Sentyabr 2012 11:06 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin xarici işlər naziri vəzifəsinə Yerlan İdrisovu təyin edib.
Qazaxıstanda yeni xarici işlər naziri təyin edilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Y.Kosolapova/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin xarici işlər naziri vəzifəsinə Yerlan İdrisovu təyin edib. Trend-in məlumatına görə, bu barədə cümə günü prezidentin mətbuat xidməti xəbər verib.

"Yerlan Əbülfəzoviç İdrisovu Qazaxıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edərək Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsinə təyin edirəm", - dövlət başçısının sərəncamında deyilir.

Prezident digər sərəncamı ilə keçmiş xarici işlər naziri Yerjan Qazıxanov öz postundan azad edilərək prezidentin köməkçisi təyin edilib.

Xəbər lenti

Xəbər lenti