...

Mübariz Əhmədoğlu: ABŞ Ermənistanın daxili siyasi həyatından Rusiyanı tamamilə sıxışdırıb çıxarıb

Siyasət Materials 6 Noyabr 2012 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ Ermənistanın daxili siyasi həyatından Rusiyanı tamamilə sıxışdırıb çıxarıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Əhmədoğlu bildirib ki, "Qarabağ" komitəsinin yaradıcılarından biri olan A.Manuçaryanın fikrincə, Rusiyanın Ermənistandakı resurslarının neytrallaşmasında, ermənilərin digər qüvvələrə işləməsində Rusiyanın özü günahkardır: "Rusiya Ermənistanda oğrulara və əclaflara söykənib. Politolqun sözlərinə görə, Ermənistan ABŞ-la Rusiya arasında mübarizə predmetinə çevrilib".

Politoloq deyib ki, rusiyapərəst Yeni Zamanlar Partiyasının lideri A.Karapetyanın fikrincə, S.Sarkisyanı Rusiya yetişdirdi, Qərb prezident təyin etdi: "ABŞ-ın Ermənistandan Rusiyanı sıxışdırıb çıxarması prosesini ABŞ-ın Ermənistandakı keçmiş səfiri M.Yovanoviç konkretləşdirdi və sürətəndirdi. 2008-ci ildə qan tökməklə hakimiyyətə gəlmiş S.Sarkisyan Qərbin etimadını qazanmaq üçün Qarabağ tənziləməsində güzəştə getməyə hazır idi. Onun o zamankı bəyanatları tənzimləmənin xeyrinə idi. Az sonra, Ukrayna və Qırğızıstanda məxməri inqilablar müəllifi, səfir M.Yovanoviç S.Sarkisyanı fikrindən daşındırdı və 2008-ci ildə gülləbaran edilmiş müxalifəti parçaladı. Həmin müxalifətin lideri L.Ter-Petrosyanın Qarabağ münaqişəsini tənzimləmək imici var idi".

Əhmədoğlu hesab edir ki, indi Qarabağ münaqişəsinin mövcudluğu ABŞ-ın əlində Rusiyanı Ermənistandan, eləcə də Cənubi Qafqazdan qovan faktora çevrilib və S.Sarkisyan bu oyuna oynayır. ATƏT-ə sədrlik etmiş Yunanıstanın xarici işlər naziri D.Bakoyanis də Bakıda olarkən Dağlıq Qarabağ münaqişəsinin həllinə çox yaxın olduqlarını etiraf etdi. Yunanıstan ATƏT-ə 2009-cu ildə, yəni S.Sarkisyan prezident seçildikdən sonrakı ildə sədrlik etdi.

Politoloq hesab edir ki, Cənubi Qafqazın indiki kommunikasiyaları regionu Rusiyadan uzaqlaşdırır, Qərbə doğru yaxınlaşdırır: "Rusiya üçün ən prioritet məsələ Ermənistanın Avrasiya Birliyinə qoşulması olduğunu bildirdilər. RF-in keçmiş nəqliyyat naziri, indi prezident müşaviri İ.Levitin iki ölkə arasında birbaşa dəmiryolu əlaqəsinin olmasını vacib şərt adlandırdı. İ.Levitinin Meğri dəmiryolunun adını açıq mətnlə hallandırmamasından istifadə edən erməni mətbuatı diqqəti əsasən Gürcüstan-Abxaziya dəmiryolunun fəaliyyətə başlaması üzərinə yönəltdilər".

"Gürcüstanda hakimiyyət dəyişilib və B.İvanişvili bu dəmiryolunun açılmasının tərəfdarıdır. Bu isə Ermənistan-Rusiya dəmiryolunun işə başlaması deməkdir. Rusiya yaxınlarda Meğri dəmiryolu ilə bağlı daha konkret mövqe nümayiş etdirə bilər. Qafqazda kommunikasiyalar SSRİ vaxtında olduğu kimi qurulmazsa, Rusiya bu regiondan uzaqlaşmağa məcburdur. RF-nin bu mövzuda təşəbbüskar olması vacibdir", - Əhmədoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti