...

Özbəkistan vətəndaşları Bakıda səs verə biləcəklər

Siyasət Materials 25 Mart 2015 13:30 (UTC +04:00)
Özbəkistanın Azərbaycandakı səfirliyi martın 29-da keçiriləcək prezident seçkilərində səs vermək üçün seçki məntəqəsi təşkil edəcək.
Özbəkistan vətəndaşları Bakıda səs verə biləcəklər

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir Yelena Kosolapova/

Özbəkistanın Azərbaycandakı səfirliyi martın 29-da keçiriləcək prezident seçkilərində səs vermək üçün seçki məntəqəsi təşkil edəcək.

Trend-in məlumatına görə, məntəqə Özbəkistan səfirliyində (ünvan: Bakı ş., Badamdar qəs., birinci şose, 9-cu döngə, ev 437) Bakı vaxtı ilə saat 06:00-dan 20:00-dək açıq olacaq.

Səs vermək üçün şəxsən iştirak etmək və Özbəkistan vətəndaşının qüvvədə olan pasportu lazımdır. Hazırda səfirliyin konsulluq qeydiyyatında səsvermə hüququ olan 200 Özbəkistan vətəndaşı var. Bundan başqa, Azərbaycanda müvəqqəti olan və konsulluq qeydiyyatında olmayan (məsələn, turistlər, ezamiyyətdə olanlar) səs verə biləcəklər.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri martın 29-da keçiriləcək. Prezidentliyə hazırkı dövlət başçısı İslam Kərimov daxil olmaqla 4 namizəd var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti