...

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hava əlaqəsi haqqında saziş təsdiq edildi

Siyasət Materials 13 Oktyabr 2015 16:53 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında” 2015-ci il iyulun 8-də Ciddə şəhərində imzalanmış Sazişi təsdiq edib.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hava əlaqəsi haqqında saziş təsdiq edildi

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında" 2015-ci il iyulun 8-də Ciddə şəhərində imzalanmış Sazişi təsdiq edib.

Dövlət başçısı, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında 2013-cü il yanvarın 7-də və 2015-ci il aprelin 9-da həyata keçirilmiş notalar mübadiləsi formasında Sazişi təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti