...

Prezident İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 13 İyun 2017 15:29 (UTC +04:00)
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.
Prezident İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

Dövlətimizin başçısı İlham Əliyev Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoydu, xatirəsinə dərin ehtiramını bildirdi.

Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verdi.

Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına minnətdarlıq etdi.

Xəbər lenti

Xəbər lenti