...

Qusarlıların seçimi YAP-ın namizədidir (FOTO)

Siyasət Materials 3 Fevral 2020 15:21 (UTC +04:00)
51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov təbliğat-təşviqat kampaniyası çərçivəsində Qusar rayonun İmamqulukənd kəndində seçiciləri ilə görüşüb.
Qusarlıların seçimi YAP-ın namizədidir (FOTO)

Bakı. Trend:

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov təbliğat-təşviqat kampaniyası çərçivəsində Qusar rayonun İmamqulukənd kəndində seçiciləri ilə görüşüb.

Trend-in məlumatına görə, görüşü YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açıb, seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai siyasi həyatındakı uğurları barədə məlumat verib.

O, həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamova səs verməyə çağırıb.

Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış edərək Milli Məclisin deputatı olduğu dövrdə özünün fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.

Görüşdə çıxış edən kənd sakinləri Məzahir Qasımov, Ramazan Ədilov, Əlixan Ağamuradov, Qüdrət Cəfərov Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti