...

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Siyasət Materials 23 Fevral 2020 19:53 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Trend-in məlumatına görə, XİN-in yaydığı məlumatda bildirilir: "Qardaş Türkiyənin Van şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik".

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti