...

Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib

Siyasət Materials 25 Fevral 2020 17:52 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.
Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Trend-in məlumatına görə, həmin dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyi bildirilib.

MSK üzvü Tofiq Həsənov deyib ki, komissiya tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 4 və 6 saylı seçki məntəqələndə öz əksini tapıb. T.Həsənov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti