...

Bu çətin günlərdə bir daha sübut olundu ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşı dayanır

Siyasət Materials 18 Aprel 2020 14:03 (UTC +04:00)
Bu çətin günlərdə bir daha sübut olundu ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşı dayanır

Bakı. Trend:

Bu çətin günlərdə bir daha sübut olundu ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşı dayanır.

Trend-in məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı sədrinin müavini Abasyar Heydərov deyib.

Onun sözlərinə görə, bütün dünyanın koronavirus bəlası ilə üzləşdiyi bir vaxtda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizdə öz müsbət nəticəsini verməkdədir: "Bu çətin günlərdə bir daha sübut olundu ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşı dayanır. Prezidentimiz vətəndaşlarımızın sağlamlığının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm qərarlar verir. Biz nadir ölkələrdənik ki, pandemiya ilə mübarizə tədbirlərinə gecikmədən başladıq. Bunun nəticəsidir ki, bir sıra inkişaf etmiş Avropa ölkələrindən, həmçinin qonşu dövlətlərdən fərqli olaraq respublikamızda bu xəstəlik geniş yayılmayıb".

A.Heydərov dövlətimizin bu çətin sınaqdan da uğurla çıxacağına əminliyini ifadə edib:

“Hazırda dünyada tüğyan edən koronavirus bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz mənfi təsirini göstərib. Amma əsas odur ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial proqram sayəsində vətəndaşlar bunu hiss etməyəcək. İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində - birdəfəlik 190 manat ödəmə verilməsinə başlanıb. Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmələr aprel-may aylarında 600 min şəxsə ödəniləcək. Aprelin 17-də dövlətimizin başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Biz vətəndaşlar bu tədbirləri yüksək qiymətləndiririk. Vətəndaşlarımız ölkə rəhbərliyinin siyasətinə inanır və dəstəkləyirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti