Bakı. Trend:
ABŞ prezidenti Co Bayden bu gün Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya liderləri, Avropa İttifaqı və NATO rəhbərliyi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıqlar aparacaq.
Trend-in məlumatına görə, bu barədə Kanada baş naziri Castin Trüdonun mətbuat xidməti bildirib.
Telekonfransın başlama vaxtı dəqiqləşdirilməyib.