...

Moskva Azərbaycan tərəfinin istənilən siqnallarına çox diqqətlə yanaşır - Zaxarova

Siyasət Materials 20 Aprel 2022 21:15 (UTC +04:00)
Moskva Azərbaycan tərəfinin istənilən siqnallarına çox diqqətlə yanaşır - Zaxarova

Bakı. Trend:

Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini və tarixən formalaşmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Moskva Azərbaycan tərəfinin istənilən siqnallarına çox diqqətlə yanaşır.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə "Azərbaycan ərazisində Amerikanın bioloji laboratoriyalarının olması ilə bağlı" iddiaları şərh edərkən deyib.

"Biz bununla bağlı daxil olan istənilən siqnala çox diqqətlə yanaşır və onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq", - Zaxarova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti