...

Rusiyanın səylərinin ən mühüm istiqaməti Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasıdır - XİN

Siyasət Materials 23 İyun 2022 20:38 (UTC +04:00)
Rusiyanın səylərinin ən mühüm istiqaməti Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasıdır - XİN

Bakı. Trend:

Rusiyanın səylərinin ən mühüm sahəsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasıdır.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Rusiyanın xarici siyasət prioritetlərindən biri 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərə uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir. Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam əməkdaşlığın bərpasını əsas şərt kimi görürük.

Rusiya sülhməramlı kontingenti atəşkəs rejiminə əməl olunmasına etibarlı şəkildə nəzarət edir və öz məsuliyyət zonasında təhlükəsizliyin qorunmasına töhfə verir.

Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasıdır. Biz Azərbaycan və Ermənistan tərəfdaşları ilə birlikdə Baş nazir müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində dəmir yolu və avtomobil əlaqələrini yaradacaq və iqtisadi əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik”, - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti