...

Azərbaycan-Özbəkistan hərbi-texniki əməkdaşlığı ilə bağlı saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub

Siyasət Materials 16 Sentyabr 2022 14:47 (UTC +04:00)
Azərbaycan-Özbəkistan hərbi-texniki əməkdaşlığı ilə bağlı saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Trend-in məlumatına görə, saziş Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Deputatlar sazişi yüksək qiymətləndirib, sənədin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini qeyd ediblər. Müzakirlərdən sonra saziş səsverməyə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti