...

Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ermənipərəst manifestə bənzəyir - Fransalı jurnalist

Siyasət Materials 1 Dekabr 2022 21:54 (UTC +04:00)
Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ermənipərəst manifestə bənzəyir - Fransalı jurnalist

Bakı. Trend:

Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brün qəzetdə noyabrın 30-u Fransa Parlamentinin aşağı palatası - Milli Assambleyanın yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnaməsi barədə məqalə dərc edib.

Trend-in məlumatına görə, məqalədə bildirilib ki, Milli Assambleyada səsə qoyulan bu qətnamə bir neçə səbəbə görə qanunsuz qərardır.

“Birincisi, götürək Fransanın üzərinə götürdüyü öhdəliklər səbəbindən. 1993-cü ildə Fransanın da lehinə səs verdiyi BMT Təhlükəsizlik Şurasıın ardıcıl 4 qətnaməsi Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqlədi və Ermənistanın işğalçı qüvvələrinin Qarabağdan dərhal çıxarılmasını tələb etdi. 2020-ci ilə qədər, nəhayət, işğalçı qüvvələr Qarabağdan qovuldular. Vəziyyətin arbitrajı ilə bağlı Minsk Qrupunun həmsədri olan Fransa parlamenti bu işğala qarşı qətnaməyə səs veribmi? Yox.

Erməni qüvvələri geri çəkildikdə Azərbaycanın verdiyi vaxtdan istifadə edərək, onlara ən yaxşı şəraitdə təşkilatlanaraq Qarabağ torpaqlarına minaların yerləşdirilməsi üçün bütün səylərini səfərbər etdilər ki, bu da artıq 200-dən çox azərbaycanlnın həyatını itirməsinə səbəb oldu. Həmçinin Fransız mütəxəssislərin də köməyi ilə 500 mindən çox mina azad olunmuş torpaqlarda zərərsizləşdirilib. Bəs Fransa parlamenti müharibə cinayəti sayılmalı olanın əleyhinə qətnaməyə səs verdimi? Yox.

Bu qətnamə həqiqətən sarsıdıcıdır, çünki mövcud reallıqları təmamilə təhrif edir”, -deyə fransız jurnalist xatırladıb.

Müəllifin fikrincə, Parlamentarilərin istinad etdiyi 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmalarından sonra erməni fəallar onun müddəalarını fasiləsiz olaraq pozublar, xüsusilə də Azərbaycan ərazilərində minaların yerləşdirilməsinə davam ediblər. Məhz buna görə də Azərbaycan silahlı qüvvələri sərhəd zonasını əhatə edən bir sıra yüksəkliklərdə mövqe tutaraq qabaqlayıcı tədbirlər görməli olub. Heç bir şəhər və ya kənd Azərbaycan ordusunun atəşinə məruz qalmayıb və ya işğal olunmayıb. Üstəlik, bu, hər iki tərəfə aiddir, sərhədin pozulmasından danışmaq olduqca incədir, çünki onun dəqiq kursu hələ tam müəyyən edilməmişdir. Bu, Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşləri üçün qarşısına qoyduğu vəzifələrdən biridir.

“Ermənistan ərazisində heç bir yaşayış məntəqəsi atəşə tutulmayıb. Heç bir yerli və ya xarici müşahidəçi, o cümlədən erməni bunun əksini təsdiqləyə bilməz.

Assambleyada yekdilliklə qəbul olunmuş Qətnamədə 44 günlük vətən müharibəsi zamanı Erməninstan tərəfindən qırılanlar qeyd olunsa da, nədənsə azərbaycanlı qurbanlar haqqında heç bir məlumat qeyd olunmayıb.

Parlamentarilər qətnamədə 7000 “köçkün” düşmüş ermənini qeyd etsə də, 1993-cü il birinci qarabağ müharibəsi zamanı qovulmuş yüz minlərlə azərbaycanlının sayını burada istinad etməyi nədənsə unudublar. Bu gün 600 minə yaxın azərbaycanlı məcburi köçkün var.

Həmçinin, Ermənistan hələ də azad olunmuş torpaqlarda minaların basdırıldığı ərazilərin dəqiq xəritələrini təhvil vermək istəmir və beləliklə, regionun yenidən qurulmasında çalışan hərbiçilərin və mülki əhalinin həyatını təhlükə altına almaqda davam edir”, deyə Brən vurğulayıb.

“O zaman niyə Qarabağ azadlıq müharibəsini Azərbaycanın guya “təcavüz aktı” kimi adlandırır?! Hətta o vaxt Avropa məsələləri üzrə dövlət katibi olmuş Pyer Lelloş 2010-cu il mayın 5-də Senat qarşısında çıxış edərək xarici işlər naziri Bernard Kuşnerin adından demişdi: “Fransa çox aydın mövqeyə malikdir. O, heç vaxt Azərbaycan ərazilərinin işğalını qəbul etməyib və Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Bildiyimiz kimi sözügedən qətnamə yekdilliklə qəbul edilib. Ancaq daha yaxından baxdıqda, göründüyü qədər sadə deyil. Səsvermədə 577 deputatdan yalnız 256-sı iştirak edib. Yəni debata yalnız qətnamənin lehinə olanlar qatılıb. Bunun əleyhinə olanlar əleyhinə və ya bitərəf qala bilərdi. Onlar mətndən imtina etdiklərini açıq şəkildə ifadə etməkdən və erməni elektoratının repressiyalarını riskə atmaqdansa, iştirak etməməyi üstün tutdular.

Ermənilərin seçki təzyiqi ilə Fransada törədilən terror sadəcə xəyalın məhsulu deyil. Qətnamənin mətni Palatanın rəyindən çox ermənipərəst manifestə bənzəyir”, -deyə məqalədə qeyd olunub.

“Qətnamənin ideoloji və islamofobik əsaslarına gəlincə, mətnin davamını oxuyanda buna şübhə etmək çətindir: “Ermənistanla bizim çoxəsrlik dostluq əlaqələrimizdən başqa, bu ölkənin ərazi bütövlüyü üçün fəal rol oynamağımızı tələb edən ortaq yəhudi-xristian dəyərlərimizdə mövcuddur”, -deyə fransız jurnalist qətnamənin motivlərinə istinad edərək bildirib.

O həmçinin xatırladıb ki, son “Sarı gödəkçəlilər”in böhranı, daha sonra güclü bitərəf qalması və Milli Assambleyada makronist çoxluğun itirilməsi Fransa xalqı ilə artıq onları təmsil edə bilməyəcəyini hesab etdikləri parlament arasında hazırda mövcud olan uçurumu vurğuladı.

“Bu uydurma qətnamə, şübhəsiz ki, fransız xalqının fikrini əks etdirmir, hətta ermənipərəst medianın aramsız təbliğatına məruz qalsa belə.

Ən azı Fransa diplomatiyasının bir neçə üzvünün fikrincə, bu, hökumətin mövqeyini əks etdirmir. Fransanın xarici işlər nazirliyinin nümayəndəsi, xüsusilə noyabrın 29-da nazir Katerin Kolonna tərəfindən ifadə edilən mövqeyi bir daha təkrarladı, yəni "Fransa sülh fürsətindən istifadə etmək üçün Tərəfləri bu danışıqlarda irəliləməyə təşviq etməyə davam edir.

Fakt faktlığında qalır ki, qətnaməni parlamentin gündəliyinə çıxarmaqdan imtina edə bilən, ona qarşı çıxa bilməyən, hətta öz nümayəndələrindən birini belə müzakirəyə göndərə bilən hökumət, şübhəsiz ki, yenə də böyük erməni elektoratını incitməmək üçün belə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti