...

Hədəfimiz tarixi torpaqlarımıza qayıdışdır - Əziz Ələkbərli

Siyasət Materials 3 Mart 2023 11:31 (UTC +04:00)
Hədəfimiz tarixi torpaqlarımıza qayıdışdır - Əziz Ələkbərli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hədəfimiz tarixi torpaqlarımıza qayıdışdır.

Trend xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, bu qayıdışın detalları Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb.

Dinləmədə xarici işlər nazirinin müavini Xələf Xələfov, deputatlar, alim və tədqiqatçılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirdə iştirakçılar soydaşlarımızın doğma ata-baba yurdlarına – Qərbi Azərbaycana dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti