...

Prezident İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Siyasət Materials 11 Mart 2023 12:48 (UTC +04:00)
Prezident İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Trend xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulandı. Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirildi.

Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlandı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin uğurlu inkişafı qeyd edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti