...

Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımı qurbanlarını yad edib

Siyasət Materials 26 Fevral 2025 03:00 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımı qurbanlarını yad edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilir. Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən törədilən bu faciə, müasir tarixin ən dəhşətli cinayətlərindən biri hesab olunur.

Trend xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Xocalı soyqırımının ildönümü ilə bağlı yaydığı rəsmi mesajda qeyd olunub.

Məlumatda bildirilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri insanlıqdan kənar bir hücuma məruz qaldı. Nəticədə 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı olmaqla 613 günahsız insan qətlə yetirildi, 1 275 nəfər isə girov götürüldü. Xocalı qurbanlarının və sağ qalanların acı xatirəsi Türk dünyasının qəlbində yeni yara kimi qorunub saxlanır. Bu Anım Günündə Xocalı soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha vurğulayırıq.”

TDT-nin rəsmi mesajı #Xocalı #Khojaly #Hocalı haşteqləri ilə yayımlanıb.

Xəbər lenti

Xəbər lenti