Bakı. Trend:
Martın 6-da keçiriləcək xüsusi sammit ərəfəsində Avropa təhlükəsizliyi və Ukrayna məsələlərinin müzakirəsi üçün Avropa liderləri Londona toplaşacaq.
Trend xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk “Politico”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, martın 2-də bir qrup Avropa lideri Londona gedəcək və orada birgə müdafiə və təhlükəsizlik planlarını müzakirə edəcək.
D.Tusk əlavə edib ki, Avropa Komissiyası hazırda müdafiə paketi üzərində işləyir və onun detalları martın 6-da keçiriləcək Avropa İttifaqı liderlərinin xüsusi sammitində açıqlanacaq: “Bu görüşdən öncə, bazar günü biz Britaniyadakı dostlarımız və bir qrup liderlə birlikdə Londonda olacağıq və birgə müdafiə planlarımızı müzakirə edəcəyik”, - deyə o vurğulayıb.