...

Təəsüflər olsun ki, Fransa kimi dövlətlər hələ də müstəmləkəçilik siyasətini davam etdirir - Deputat

Siyasət Materials 26 Fevral 2025 11:36 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təəsüflər olsun ki, Fransa kimi dövlətlər hələ də müstəmləkəçilik siyasətini davam etdirir, onların yerli xalqlarının hüquqlarını pozur və sərvətlərini istismar edir.

Trend xəbər verir ki, bunu Milli Məclisdə yaradılan Korsika üzrə işçi qrupun üzvü Cavanşir Feyziyev parlamentdə Fransanın müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda neomüstəmləkəçilik məsələsini gündəmə gətirir.

“Əlbəttə ki, 200 il Rusiyanın müstəkləməçiliyi altında yaşayan ölkə kimi sizin nə yaşadığınızı çox yaxşı başa düşürük.

Fransa onun işğalçılıq siyasətinə qarşı çıxan Azərbaycan kimi ölkələrə təzyiq göstərməyə çalışır. Beynəlxalq gündəmdəki əsəs məsələ olan müstəmləkəçilik siaysəti ilə bağlı öz mövqeyimizdən çəkilməyəcəyik və sizin yanınızda olacağıq”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti