...

"Çelsi" "Sauthempton" üzərində inamlı qələbə qazandı

İdman Materials 26 Fevral 2025 03:59 (UTC +04:00)
"Çelsi" "Sauthempton" üzərində inamlı qələbə qazandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 27-ci turunda "Çelsi" doğma meydanda turnir cədvəlinin sonuncusu "Sauthempton"u qəbul edib.

Trend xəbər verir ki, Londonda keçirilən görüşdə "zadəganlar" 4:0 hesabı ilə qalib gəlib.

Matçın ilk qolunu 24-cü dəqiqədə Kristofor Nkunku vurub. Daha sonra Pedru Netu (36’), Kolvill (44’) və Kukurelya (78’) fərqlənərək komandalarına inamlı qələbə qazandırıblar.

Bu nəticə ilə "Çelsi" xallarını 46-ya yüksəldərək turnir cədvəlində 4-cü pilləyə qalxıb. "Sauthempton" isə 9 xalla sonuncu - 20-ci sırada qalıb.

Xəbər lenti

Xəbər lenti