...

"Milan" Teo Ernandeslə yollarını ayıra bilər

İdman Materials 25 Fevral 2025 21:16 (UTC +04:00)
"Milan" Teo Ernandeslə yollarını ayıra bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Milan"ın kapitanı Teo Ernandes yayda komandadan ayrıla bilər.

Trend xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

A Seriyasının nəhəngi fransız sol cinah müdafiəçisi ilə yeni müqavilənin şərtlərində razılığa gələ bilmir.

Məlumata görə, Ernandes yeni sözləşmə üçün klubdan daha yüksək maaş tələb edir. "Milan" rəhbərliyi isə həm futbolçunun maaş tələbi, həm də 27 yaşlı müdafiəçinin son oyunlardakı çıxışını nəzərə alaraq onu yay transfer pəncərəsində satışa çıxarmağı planlaşdırır.

Qeyd edək ki, Teo Ernandes 2019-cu ilin yayında "Real Madrid"dən "Milan"a transfer olunub. Fransa millisinin üzvü cari mövsümdə "qırmızı-qaralar"ın heyətində 35 rəsmi matçda meydana çıxaraq 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti