Bakı.Trend:
İsrail xüsusi xidmət orqanları İordan çayının Qərb Sahilində iri tutumlu bombadan istifadəni nəzərdə tutan terror aktının qarşısını alıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər İsrailin Ümumi Təhlükəsizlik Xidmətinə (ŞABAK) istinadən məlumat yayıb.
Məlumata görə, ŞABAK və İsrail təhlükəsizlik qüvvələri yanvar ayında Kabatiya adlı yaşayış məntəqəsində terrorçu şəbəkəni ifşa edib və irimiqyaslı terror aktları törətməyi planlaşdıran iştirakçıları həbs edib.
Xatırladaq ki, fevralın 21-də İsrailin paytaxtı Təl-Əvivdə 3 avtobus partladılıb. Partlayıcı cihazlar avtobusların boş olduğu vaxt işə düşdüyündən ölən və xəsarət alan olmamışdı.