...

"Ən-Nəsr" "Əl-Vahda"nı məğlub edib

Maraqlı Materials 26 Fevral 2025 01:02 (UTC +04:00)
"Ən-Nəsr" "Əl-Vahda"nı məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Pro Liqasında 22-ci turun görüşləri keçirilir.

Trend xəbər verir ki, "Ən-Nəsr" Məkkədə yerli "Əl-Vahda"nın qonağı olub.

Matçda hesabı "Ən-Nəsr" komandasının kapitanı Kriştianu Ronaldo açıb. O, karyerasındakı 925-ci qolunu vurub. Son dəqiqələrdə Sadio Mane fərqi artıraraq oyunu 0:2 hesabı ilə başa çatdırıb.

Hazırda Ər-Riyad təmsilçisi 47 xalla turnir cədvəlində ilk üçlüyü qapayır. "Əl-Vahda" isə 13 xalla sonuncu, 18-ci pillədə qərarlaşıb. Çempionata 55 xalla "Əl-İttihad" başçılıq edir.

Xəbər lenti

Xəbər lenti