...

Türkiyənin inkişaf yoluna Suriya da daxil ola bilər - Uraloğlu

Dünya xəbərləri Materials 26 Fevral 2025 13:36 (UTC +04:00)

Bakı. Trend:

İstanbulda keçirilən “Türkiyənin Nəqliyyat və İnfrastrukturda Əsr Zirvəsi” çərçivəsində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bir sıra vacib açıqlamalar edib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Tü rkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdülkadir Uraloğlu, TVNET baş direktor müavini Serhat İbrahimoğlunun moderatorluğu , “Yeni Şafak” və TurkicWorld-un əməkdaşlığı ilə keçirilən xüsusi iclasda, jurnalistlərin suallarını cavablandırıb.

Nazir Uraloğlu çıxışında Türkiyənin Yavuz Sultan Səlim Körpüsü, 1915 Çanaqqala, Marmaray və Avrasiya Tuneli kimi mühüm nəqliyyat layihələrinə imza atdığını vurğulayıb. O, son 23 ildə nəqliyyat infrastrukturuna 290 milyard dollarlıq investisiya yatırıldığını bildirib. Üçüncü körpünün üzərində inşa ediləcək yeni dəmiryol sistemi layihəsinin İstanbulun nəqliyyatına mühüm töhfə verəcəyi qeyd edilib.

Nazir həmçinin, Türkiyə, İraq, Qətər və BƏƏ arasında həyata keçirilən “İnkişaf Yolu” layihəsinin yekunlaşmaq üzrə olduğunu və bu layihəyə Suriyanın da qoşulmasının planlaşdırıldığını açıqlayıb. Layihənin ticarət yüklərinin daşınmasında strateji rol oynayacağı vurğulanıb.

İstanbulun metro şəbəkəsi ilə bağlı danışan Uraloğlu, şəhərin ümumilikdə 1.004 km metro xəttinə ehtiyacı olduğunu, hazırda isə 380 km-lik şəbəkənin fəaliyyət göstərdiyini bildirib. Nazir, yeni metro xətlərinin tikintisinin şəhərin nəqliyyat problemlərinin həllində əsas rol oynayacağını qeyd edib.

5G texnologiyası sahəsində aparılan işləri də vurğulayan Uraloğlu, bu ilin sonuna qədər tender prosesinin başa çatacağını və 2026-cı ildən geniş yayımın başlanacağını bildirib. Fiber optik şəbəkənin uzunluğunun 800 min km-ə çatdırılması planlaşdırılır.

Sosial media sahəsində isə 16 yaşdan aşağı şəxslərin istifadəsinə məhdudiyyətlər qoyulması ilə bağlı yeni tənzimləmənin bu il qüvvəyə minəcəyi açıqlanıb.

Tədbirdə həmçinin, hava kargo daşımalarında Türkiyənin strateji mövqeyinin gücləndiyi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və “İnkişaf Yolu” layihəsinin region üçün vacib alternativlər olduğu vurğulanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti