...

Slovakiyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib

Cəmiyyət Materials 26 Fevral 2025 17:37 (UTC +04:00)
Slovakiyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesabında paylaşım edib.

"33 il keçdi...

Bu gün biz 1992-ci ildə Xocalıda həyatını itirənlərin matəmini saxlayan azərbaycanlılarla birgə kədərlənirik.

Xocalıda ailələrini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk", - səfirlikdən bildirilib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xəbər lenti

Xəbər lenti