...

Meyson Maunt karyerasını A Seriyasında davam etdirə bilər

İdman Materials 26 Fevral 2025 08:23 (UTC +04:00)
Meyson Maunt karyerasını A Seriyasında davam etdirə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Yunayted"in futbolçusu Meyson Maunt karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Trend xəbər verir ki, "İnter" ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir. İtaliya mətbuatının məlumatına görə, Milan klubu Mauntu yayda satınalma bəndi ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, Maunt 2023-cü ilin yayında "Çelsi"dən "Mançester Yunayted"ə keçib. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 12 rəsmi matça çıxıb.

Xəbər lenti

Xəbər lenti