...

"Ariane 6" raketinin buraxılışı təxirə salınıb

Dünya xəbərləri Materials 26 Fevral 2025 04:21 (UTC +04:00)
"Ariane 6" raketinin buraxılışı təxirə salınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın yeni "Ariane 6" raketinin ilk kommersiya buraxılışı martın 3-nə təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə kosmik buraxılış operatoru Arianespace X sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, buraxılış 2025-ci il martın 3-nə planlaşdırılıb. Əlavə yerüstü əməliyyatlar başa çatıb və bu, Arianespace-ə martın 3-də yerli vaxtla saat 13:24-də (Bakı vaxtı ilə 20:24) Fransız Qvianasının Kuru kosmodromundan buraxılışı həyata keçirməyə imkan verib.

Şirkət əlavə edib ki, raket stabil vəziyyətdədir.

"Ariane 6" CSO-3 peykini orbitə çıxaracaq. Buraxılış ilkin olaraq fevralın 26-na planlaşdırılmışdı, lakin daha sonra təxirə salındı.

Xəbər lenti

Xəbər lenti