Bakı. Trend:
Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Trend xəbər verir ki, Şahmat Federasiyasının məlumatına görə, 11 turdan ibarət dairəvi sistemlə keçirilən turnirdə təmsilçimiz bütün rəqiblərini qabaqlayaraq birinci pilləni təmin edib.
Son turdakı qələbəsi ilə Eltac Səfərli xalını 8,5-ə çatdırıb və turnirin qalibi adını qazanıb.