...

"Mançester Siti"nin yayda transfer etmək istədiyi qapıçının adı açıqlanıb

İdman Materials 25 Fevral 2025 23:53 (UTC +04:00)
"Mançester Siti"nin yayda transfer etmək istədiyi qapıçının adı açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Siti" yay transfer pəncərəsində "Porto"nun qapıçısı Dioqo Koştanı heyətinə qatmaq istəyir.

Trend xəbər verir ki, "şəhərlilər" yayda Edersonla yollarını ayırmağa hazırlaşır.

Braziliyalı qolkiperin keçən mövsümün sonunda Səudiyyə Ərəbistanına transfer olunmaq ehtimalı var idi, lakin son anda bu keçid baş tutmamışdı. Uğursuz mövsümdən sonra "Mançester Siti" onunla vidalaşmaq qərarı alıb.

Qeyd edək ki, 25 yaşlı Dioqo Koştanın "Porto" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. Onun transfer qiyməti 40 milyon avro dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti