Bakı. Trend:
Somali Silahlı Qüvvələri, Hiraan və Orta Şebel bölgələrində həyata keçirdikləri silsilə hava hücumları və quru əməliyyatları nəticəsində 70-dən çox Əl-Şəbab terrorçusunu məhv edib.
Trend xəbər verir ki, bu barədə Somali İnformasiya Nazirliyinin press-relizində bildirilib.
Nazirlik açıqlamasında deyilir ki, “Milli ordunun və yerli silahlı birləşmələrin koordinasiyalı tədbirləri nəticəsində 70-dən çox ekstremist məhv edilib. Dəstələrin şəxsi heyətinə xeyli ziyan vurmaqla yanaşı, külli miqdarda silah-sursat da ələ keçirilib.”
Somali prezidenti Həsən Şeyx Mohamud, Əl-Şəbab terrorçularına qarşı "ümumi" müharibə aparacağına söz verib. Milli orduya yerli milislər və Afrika İttifaqı qoşunları da dəstək verir.