Bakı. Trend:
Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralananların vəziyyəti məlum olub.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 26.02.2025-ci il tarixində saat 10:40 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3-ü kişi, 1-i qadın cinsli olmaqla) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
1972 və 1942-ci il təvəllüdlü (kişi cinsli) şəxslər yaxınlarının istəyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
1948-ci il təvəllüdlü (kişi cinsli) və 2002-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar",- məlumatda qeyd edilib.
Xatırladaq ki, Ağcabədidə yük maşını ilə minik avtomoili toqquşub, 1 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.